Nəqliyyat naziri: “7000 il əvvəl təyyarələrimiz Plutona uçub”

Maraqlı 2 Oktyabr 2016 12:48 Oxunub 1278
Nəqliyyat naziri: “7000 il əvvəl təyyarələrimiz Plutona uçub”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ərazidə ilk hava limanı tikilib və şumer pilotları Pluton planetinə uçublar

Bu günlərdə keçirilmiş mətbuat konfranslarından birində İraqın nəqliyyat naziri Kazem Fincan əl-Hamami bəyan edib ki, hələ 7000 il əvvəl şumer sivilizasiyası dövründə bu ərazidə ilk hava limanı tikilib və şumer pilotları Pluton planetinə uçublar.

Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org “İndependent” nəşrinə istinadən bildirir ki, bunu özünün “Twitter” mikrobloqunda yazan Şiə tədqiqatları akademik mərkəzinin əməkdaşı Halder əl-Xoi qeyd edib ki, nazirin sözünü şübhə altına almağa heç kəs cürət etməyib.

Yeri gəlmişkən, əl-Hamami çıxışında şumer sivilizasiyasının məşhur tədqiqatçısı Samuel Kramerin əsərlərinə istinad etdiyini bildirib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh