İcbari avtosığorta bazarı sentyabrda 2 faiz artıb - Azərbaycanda

Avtobazar 3 Oktyabr 2016 11:37 Oxunub 1276
İcbari avtosığorta bazarı sentyabrda 2 faiz artıb - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3% artım müşahidə edilib

Bu ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb. Məlumata görə, bunun 10 625-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.  Avtosfer.az xəbər verir ki, bu barədə İSB-dən məlumat verilib.

Sentyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub. Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.

Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81,4 manat təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh