17 fəhlə işə bir köhnə “Volqa”da gəldi – VİDEO

Maraqlı 3 Oktyabr 2016 12:09 Oxunub 2261
17 fəhlə işə bir köhnə “Volqa”da gəldi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəhlələrin hansı təşkilatda işlədikləri məlum deyil

“VKontakte”də “Sibay yollarında!” icması “Başqırdıstan briqadası işə gedir” adlı video yerləşdirib. Videoda köhnə “Volqa”dan 17 fəhlənin düşdüyü əks olunub. 

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sürücü daxil olmaqla 14 nəfər maşının salonundan, daha üç nəfər isə yük yerindən düşüb. Fəhlələr onları çəkən operatoru salamlayaraq özləri ilə gətirdikləri bayanda mahnı ifa etməyə başlayıblar.   

Avtomobildən düşən fəhlələrin hansı təşkilatda işlədikləri məlum deyil. Video dəmir yolu yaxınlığında çəkilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh