Taksi sürücüsü burada dayana bilərmi? - DOĞRU CAVAB

Yarışma 3 Oktyabr 2016 15:38 Oxunub 2256
Taksi sürücüsü burada dayana bilərmi? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Taksi sürücüsü sərnişini mindirmək üçün burada dayana bilərmi?

a) Avtobusun hərəkətinə mane olmamaq şərtilə dayana bilər;

b) Əgər 5.12 nişanından sərnişin dayanan yerədək 15 metr məsafə varsa, dayana bilər;

c) Dayana bilməz.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin IV hissəsinin 7-ci bəndinə əsasən, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin dayanması qadağandır. Şəkildəki sərnişini mindirmək istəyən taksi minik avtomobili 1.17 nişanlanması ilə işarələnmiş dayanacaq yerində dayanmalıdır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Taksi sürücüsü sərnişini mindirmək üçün burada dayana bilməz.

Suala ilk doğru cavabı Bürhan adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh