Robotlar Sammiti keçiriləcək

Texnologiya 4 Oktyabr 2016 13:27 Oxunub 1567
Robotlar Sammiti keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bütün dünyadakı ən yaxşı robotları və bu sahədə olan ideyaları bir yerə cəmləyə biləcəyik"

Yaponiya hökuməti 2020-ci ildə Dünya Robotlar Sammitinin keçirilməsi barədə qərar qəbul edib. Sammit zamanı həmin maşınlar dəqiqlik, sürət və keyfiyyət kateqoriyaları üzrə yarışacaqlar.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Tokioda keçirilən mətbuat konfransında məlumat verib.

Nazir deyib: “Ümid edirik ki, bütün dünyadakı ən yaxşı robotları və bu sahədə olan ideyaları bir yerə cəmləyə biləcəyik”.

H.Sekonun sözlərinə görə, bu tədbir ilk növbədə sənayedə və məişətdə istifadə edilən yeni qurğuların hazırlanmasına böyük təkan verəcək.

Yaponiya hökuməti ilk növbədə robotlardan işçi qüvvəsinə olan tələbatın ödənilməsi, əhalinin qocalması və s. kimi sosial problemlərin həllində istifadə etmək niyyətindədir. Hazırda hökumət sammitin keçiriləcəyi şəhərin dəqiqləşdirilməsi ilə məşğuldur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh