“Mercedes” ardıcıl olaraq üçüncü dəfə kubok qazanıb

Yarışma 10 Oktyabr 2016 00:08 Oxunub 1529
“Mercedes” ardıcıl olaraq üçüncü dəfə kubok qazanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niko Rosberq və Luis Hemilton vaxtından əvvəl “Formula-1” konstruktorlarının kubokunu qazandırıb

“Mercedes”in pilotları Niko Rosberq və Luis Hemilton Yaponiya Qran-prisində öz komandasına vaxtından əvvəl “Formula-1” konstruktorlarının kubokunu qazandırıb. Avtosfer.az Azərtac-a istinadla xəbər verir ki, birinci mövqedə start götürən Niko Rosberq liderliyini finişədək qoruyub saxlaya bilib və yürüşün qalibi olub. Onun komanda yoldaşı Luis Hemilton isə yürüşə ikinci çıxsa da, starta yol verdiyi səhv nəticəsində birinci onluğun axırına düşüb. Bununla belə, britaniyalı itirilmiş mövqelərin böyük hissəsini geri qaytarmağa nail olaraq, finişə üçüncü çatıb. Beləliklə Rosberq və Hemiltonun yığdıqları xallar “Mercedes” komandasının ardıcıl olaraq üçüncü dəfə “Formula-1” konstruktorlarının kubokunu qazanmasına kifayət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh