Bakıda yol polisi də belə edirsə - FOTO

Yol polisi 2 Sentyabr 2014 01:58 Oxunub 2811
Bakıda yol polisi də belə edirsə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşı avtobus dayanacağında maşın saxlayaraq sürücüyə protokol yazır

Bakıda avtobusların dayanacaqlarda saxlamaması bir dərd idisə, onlara qarşı mübarizə aparanların əməli dərd üzərinə dərd gətirir. Avrobusların dayanacaqdan kənarda saxlamasından, dayanacaqların taksi sürücüləri tərəfindən zəbt olunmasından gileylənən, hər dəfə bu kimi pozuntulara qarşı reydlər keçirən və statistikalar açıqlayan yol polisi özü qaydanı pozur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində avtobus dayanacağının qarşısında yol polisi maşın saxlayaraq sürücüyə protokol yazır. Bu proses təxminən 30 dəqiqə davam edir. Polis maşına "saxla" əmri verir, sürücü maşını dayanacaqda saxlayır. Onlar aramla söhbət edir, protokol yazır, sonra isə sürücünün bəzi suallarına cavab verir. Bu müddət ərzində isə avtobuslar dayanacaqdan kənarda saxlamaq məcburiyətində qalır, bəziləri isə ötüb keçməyi üstün tutur.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov milli.az-a bildirib ki, yol polisi maşını avtobus dayanacağında bir neçə dəqiqəlik saxlaya bilər. Bu zaman heç bir problem olmaz. Konkret Y.Əliyev küçəsindəki məsələyə gəlincə, bölmə rəisi bu məsələdə ehtiyatlı danışıb: “Bu məsələyə görmədən və ya şəklinə baxmadan fikir bildirmək olmaz. Şəkildə vəziyyəti görməliyəm. Əks halda fikir bildirə bilmərəm”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh