Ödəmə terminallarının udduğu qəpiklər hara gedir? - VİDEO

Avtoreyd 10 Oktyabr 2016 23:54 Oxunub 1918
Ödəmə terminallarının udduğu qəpiklər hara gedir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi hallarda ya məbləğ karta yüklənmir, ya da...

Avtobus dayanacaqlarındakı ödəmə terminallarında xüsusilə “BakıKart”ın balansını artıran zaman qəpiklə ödəmələrdə problemlər yaranır. Bəzi hallarda ya məbləğ karta yüklənmir, bəzən isə aparatın qəbul etdiyi qəpik sistemdə görünmür. Ödəmə terminalında “BakıKart”a 30 qəpik məbləğ daxil edilsə də, əməliyyatda səhv yazır və balansa yüklənmir. Bəzən də daxil edilən pulun balansda olduğu barədə ekranda məlumat yazılmır. Dayanacaqlarda quraşdırılan bəzi ödəmə terminallarında qəpiklə ödəmə zamanı son zamanlar belə problemlər müşahidə olunur.

Ödəniş terminalını quraşdıran şirkətdən bildirirlər ki, texniki problemlər ola bilər. Bəzən qəpiklərin arasında qəlp pullar və zədəlilər olduqda aparatlar həmin qəbul etmir. Buna görə də belə vəziyyətlərdə vətəndaşlara dərhal şirkətin müştəri xidməti ilə əlaqə saxlamaq tövsiyyə olunur.

Şirkət nümayəndəsi əlavə edir ki, terminallar adətən müşahidə kameralarının olduğu yerlərdə quraşdırıldığından mübahisəli məsələlərin həlli üçün bu görüntülərdən də lazım gəlsə istifadə olunur və müştərilərə balansa oturmayan məbləğlər geri qaytarılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh