Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər

Texnologiya 11 Oktyabr 2016 11:39 Oxunub 1551
Alimlər əlverişsiz havada naviqasiya üçün lazer tərtib etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lazerdən mikroskoplarda və şüa gücləndiricilərində, dermatologiyada dəri patologiyalarının müalicəsində istifadə etmək olar

Rusiyanın Tomsk Dövlət Universitetinin (TDU) İnnovasiya texnologiyaları fakültəsinin əməkdaşları Bolqarıstanın “PulslightLtd” şirkətinin alimləri ilə birgə çoxdalğalı “MLM-01” lazerini icad ediblər.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. 

Lazer metalların – mis, strons, kalsium və barium bromidi buxarlarında işləyir. Onun funksional xarakteristikası aktiv mühitlə müəyyən olunur ki, qurğunun işlədiyi dalğa diapazon da məhz bundan asılıdır.  “İş mühiti kimi barium istifadə olunan lazer görünməyən 1,5-3 mikron diapazonunda şüa saçır. Bu cür şüanı qeydiyyat sistemləri yaxşı “görürlər”, lakin şüa pilotun gözünü kor etmir”, - deyə məlumatda bildirilir.

Lazerdən mikroskoplarda və şüa gücləndiricilərində, eləcə də dermatologiyada dəri patologiyalarının müalicəsində istifadə etmək olar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh