Bu da Bakının ağsaqqal avtoxuliqanı – VİDEO

Avtobazar 11 Oktyabr 2016 22:23 Oxunub 4000
Bu da Bakının ağsaqqal avtoxuliqanı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
90 KS 681 nömrəli Jetta-dan təhlükəli manevr

Bu gün səhər saat 10:45 radələrində 90 KS 681 dövlət nömrənişanlı, Jetta markalı avtomobil əməkdaşımızın qarşısıda qəfil əylənci sıxaraq qəza vəziyəti yaradıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Bakının Heydər Əliyev prospektində baş verib. Belə ki, Jetta markalı minik maşını saatda 90 km sürətlə hərəkət edən əməkdaşımızın idarə etdiyi avtomobilin qarşısına keçərək qəfildən sürəti azaldıb. Əməkdaşımız əhəmiyət verməyərək sağdakı zolağa keçərək sürəti artırıb. Amma Bağırov körpüsündən sonra Jetta markalı avtomobilin sürücüsü kobud qayda pozuntusu edərək, sağ zolaqdan birbaşa sol zolağa keçərək əməkdaşımızın idarə etdiyi avtomobili sıxıb. Sonra qarşısına keçərək yenə qəfil sürəti azaldıb. Əməkdaşımız yenə sağ zolağa keçmək istədikdə yenidən qarşısını kəsərək qəza şəraiti yaradıb.

Hadisənin videosunu təqdim edirik:

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh