Statistika dairəsində «07» belə uçdu – VİDEO

Avtoxəbər 3 Sentyabr 2014 19:34 Oxunub 6042
Statistika dairəsində «07» belə uçdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki avtomobil sürət həddini aşır və sürücülər sağa-sola baxmadan hərəkət edirlər

Bakının mərkəzində - Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş vermiş yol qəzasının videosunu təqdim edirik. Avtosfer.az-ın məlumatına görə, qəza anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Kadrlardan görünür ki, «VAZ-2107» markalı avtomobil yolun sol zolağı ilə düzünə hərəkət etməyə çalışır. «Mersedes» isə yolun sağ zolağı ilə hərəkət edir və sola dönməyə çalışır. Yəni, bu o deməkdir ki, bu avtomobillərin hər ikisinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Onlar əslində, əvvəlcədən istiqaməti düzgün müəyyən etməli və sürət həddini aşmadan, təhlükəsizlik qaydalarına əməl etməklə hərəkət etməli idilər. Amma bu kadrlardan görünür ki, hər iki avtomobil sürət həddini aşır və sürücülər sağa-sola baxmadan hərəkət edirlər. Bunun nəticəsidir ki, «07» aldığı zərbənin təsirindən bardürün üstü ilə bir neçə metr «uçur».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh