Sürücülərə hüquqi yardım; bütün sualların cavabı burada

Avtoxəbər 8 Sentyabr 2014 08:45 Oxunub 2958
Sürücülərə hüquqi yardım; bütün sualların cavabı burada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynovun rəhbərliyi altında hüquq xidmətlər təşkil olunub

Ölkəmizdə sürücülərin və avtomobillərin sayı artdığından yol hərəkəti ilə bağlı problemlər və yol-nəqliyyat hadisələri də artır. Eyni zamanda son illər yol hərəkətində iştirak prosesində törədilən cinayətlərə və inzibati xətalara görə məsuliyyət sərtləşdirilir, vurulmuş zərərin ödənilməsi, pozulmuş hüquqların bərpası, sığorta və s. məsələlərlə bağlı mübahisələr çoxalır. Həmin problemlərin hüquqi müstəvidə həlli üçün ixtisaslı hüquqi yardımın böyük əhəmiyyəti var. Bunu nəzərə alaraq «Digesta» hüquq firmasında hüquqşünas Ərşad Hüseynovun rəhbərliyi altında aşağıdakı istiqamətlər üzrə hüquq xidmətləri təşkil olunub: 

- qayda pozuntularına görə inzibati məsuliyyətlə bağlı problemlərin həlli üçün məsləhətlərin verilməsi, şikayət və vəsatətlərin hazırlanması, inzibati orqanlarda və məhkəmələrdə təmsilçilik;

- cinayət xarakterli yol-nəqliyyat hadisələri üzrə təqsirləndirilən şəxsə və zərərçəkmiş tərəfə hüquqi yardım, ibtidai araşdırmada və məhkəmədə təmsilçilik;

- yol-nəqliyyat hadisələri nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi (tələb edilməsi) ilə bağlı problemlərin həllində hüquqi yardım (sənədlərin hazırlanması və məhkəmədə təmsilçilik).

- nəqliyyat vasitəsi sahiblərinin sığorta ilə bağlı problemlərinin həllində hüquqi yardım;

- avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma işinin təşkili zamanı və bu fəaliyyətin gedişində hərtərəfli hüquqi xidmət (o cümlədən nəqliyyat təşkilatlarının hüquqi sənədlər zərfinin hazırlanması, sürücülərin və məsul işçilərin təlimatlandırılması və s.).

Bundan başqa, «Digesta» hüquq firmasında istənilən digər məsələlərlə bağlı hüquqi yardım almaq olar.

«Digesta» hüquq firmasının ünvanı: Bakı şəhəri, Mətbuat prospekti, 24 (“Azərbaycan” nəşriyyatı ilə üzbəüz 5 mərtəbəli binanın 1-ci mərtəbəsi). Əlaqə telefonu: (012) 510-24-19. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh