Maşını göldə batan qadın sürücü möcüzə nəticəsində sağ qaldı - VİDEO

Avtoreyd 18 Oktyabr 2016 00:43 Oxunub 2515
Maşını göldə batan qadın sürücü möcüzə nəticəsində sağ qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
68 yaşlı qadın sağ-salamat suyun üzərinə çıxıb

Hadisə ABŞ-ın Massaçusets ştatının Arlinqton əyalətində baş verib. Avtosfer.az-ın “CNN Türk” ə istinadən  məlumatına görə,  avtomobilini park etmək istəyən 68 yaşlı qadın, səhvən maşını gölə tərəf sürüb.  Nəticədə avtomobil gölə düşərək batmağa başlayıb. Ətrafdakı insanlar qadının da maşınla bərabər suya qərq olduğunu görüncə onu xilas etməyə çalışıblar. Lakin qadını avtomobilin içərisindən çıxartmaq mümkün olmayıb və minik vasitəsi batıb. Şokda olan insanlar qadının öldüyünü zənn edərkən, 68 yaşlı qadın sağ-salamat  suyun üzərinə çıxıb.  Xilas edilən qadın dərhal xəstəxanaya yerləşdirilib. Polis onun səhhətinin qaydasında olduğunu açıqlayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh