Həmişə yol polisinə səhv tutan sürücü bu dəfə özü səhv etdi - VİDEO

Xəbərlər 18 Oktyabr 2016 02:42 Oxunub 5582
Həmişə yol polisinə səhv tutan sürücü bu dəfə özü səhv etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evakuatorun üstündəki maşında gedən sürücünün bu hərəkəti inzibati xəta sayılır

İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkələrdəki hesablarından evakuatorun üstündə getməsi ilə bağlı video paylaşıb. Avtosfer.az xəbər verir ki, görüntülərdən aydın görünür ki, B.Hacıyev 156 evakuasiya xidmətindən istifadə edir, lakin özü də evakuatorda olan avtomobilindədir. Nərimanov rayonu ərazisində, İzzəddin Həsənoğlu küçəsində təxliyyə edilən avtomobilin təkərində problem olduğu bildirilir. Hacıyev statusunda: "kəməri də taxmışam" yazmasına baxmayaraq, Avtosfer.az bildirir ki, belə hal qayda pozuntusudur. Evakuatorun sürücüsü sərnişin və yükdaşıma qaydalarını pozur. 

Qeyd edək ki, Bəxtiyar Hacıyev son vaxtlar yol polisi ilə bir neçə dəfə mübahisə edərək qayda pozmadığı halda cərimə olunduğunu, yol polisinin səhvə yol verdiyini iddia edirdi. Bu dəfə isə özü səhvə yol verib. Çünki evakuator yük maşınıdır və onun bortunda getmək olmaz. Hələ onun üstündəki yükün içində getmək ümumiyyətlə olmaz. Çünki təhlükəlidir.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh