Sürücünün başına şok hadisə gəldi – Başqasının cərimə balı ona yazıldı - FOTO

Xəbərlər 19 Oktyabr 2016 15:22 Oxunub 2977
Sürücünün başına şok hadisə gəldi – Başqasının cərimə balı ona yazıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanımadığı avtomobilə aid cəriməni başqası ödəyib, balı isə onun vəsiqəsinə yazıblar

Bakıda sürücü qeyri-adi hadisə ilə üzləşib. Avtosfer.az-a müraciət edən Xəzər Məmmədov bildirib ki, uzun müddətdir «Mercedes C class» markalı, 90 LL 415 dövlət nömrə nişanlı avtomobili idarə edir. Bir neçə gün əvvəl yol polisi onu saxlatdırdıqda qəribə hadisə ilə üzləşib: «Yol polisi məni saxlayanda dedim ki, qayda pozmamışam, heç vaxt da pozmuram. Vəsiqəm də tər-təmizdir, cərimə və bal yoxdur. Yol polisi dedi ki, vəsiqəni ver, yoxlayaq. Mən də verdim və yoxlayıb bildirdi ki, yalan danışma, sənin 3 balın var. Əvvəlcə inanmadım. Sonra evə gəlib internetdə yoxladım ki, həqiqətən də bu il avqustun 20-də sürücülük vəsiqəmə 3 bal yazılıb. Lakin həmin cərimənin yazıldığı 90 KT 035 dövlət nömrə nişanlı avtomobilin mənə heç aidiyyatı yoxdur. Mənim ümumiyyətlə, İXP 4591733 saylı protokoldan xəbərim yoxdur. Belə başa düşdüm ki, kiməsə cərimə yazıblar, cəriməni o ödəyib, balı isə mənim sürücülük vəsiqəmə vurublar».

Xəzər Məmmədov xahiş edir ki, aidiyyatı qurumlar bu məsələni araşdırıb başqasına yazılan cərimə balının onun vəsiqəsinə necə yönləndirilməsini aydınlaşdırsınlar və həll etsinlər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh