Ronaldunun 260 minlik avtomobili

Avtobazar 18 Oktyabr 2016 12:01 Oxunub 2643
Ronaldunun 260 minlik avtomobili
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ronaldu yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib

Portuqaliya millisinin və İspaniya "Real"ının futbolçusu Kriştianu Ronaldu yeni avtomobili ilə şəklini paylaşıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, İspaniya çempionatının son turunda "Betis" üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün "İnstaqram"da izləyicilərini salamlayıb.

O, yeni "Lamborcini Aventador"la çəkdirdiyi şəkli paylaşaraq, "Sabahınız xeyir" statusu ilə diqqət çəkib. Ronaldunun bu avtomobili 260 min funt-sterlinq dəyərindədir.

31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. "Betis"lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldu yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh