Azərbaycana avtomobil gətirənlərin diqqətinə - Qayda dəyişdi

Avtobazar 19 Oktyabr 2016 03:24 Oxunub 15278
Azərbaycana avtomobil gətirənlərin diqqətinə - Qayda dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabineti qaydalarda dəyişikliklər edib

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılıb. Bundan sonra malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh