Yol hərəkəti qaydalarını pozan şəxsə bəraət verib

Qaydalar 19 Oktyabr 2016 21:09 Oxunub 2117
Yol hərəkəti qaydalarını pozan şəxsə bəraət verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib

Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilən İsmayıl Rafiq oğlu Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, İ.Bayramovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İ.Bayramov Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İ.Bayramov bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Bayramov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh