Sükan yerindən çıxdı, sürücü avtobusu saxlamadı - VİDEO

Avtoxəbər 4 Sentyabr 2014 17:46 Oxunub 1996
Sükan yerindən çıxdı, sürücü avtobusu saxlamadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü sərnişin dolu avtobusu sükansız sürüb

Görünür məsuliyyətsiz avtobus sürücüləri təkcə Bakıda deyil, bir çox ölkələrdə sərnişinlərin həyatı ilə risk etməyi xoşlayır. Belə bir hadisələrdən biri də Maltada baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə maraqlı video yayılıb. Yayılan videoda göstərilir ki, sərnişin avtobusunun sürücüsü maşını idarə edərkən sükan yerindən çıxır. Sürücü buna heç bir reaksiya vermir. Əksinə sürücü avtobus hərəkətdə olarkən sükanı çıxarıb digər avtobus sürücüsünə göstərir. Sürücü sərnişinlərin həyatını təhlükəyə ataraq, avtobusu sükansız idarə edir. Video yayılandan sonra aidiyyatlı orqanlar hərəkətə keçiblər. Sürücünün tapılaraq cəzalandırıldığı bildirilib. Yayılan videonu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh