Sürücüsüz avtomobil ilk qəza keçirdi

Avtodünya 19 Oktyabr 2016 19:48 Oxunub 1980
Sürücüsüz avtomobil ilk qəza keçirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisəsinin kimin günahı səbəbindən baş verdiyi aydın deyil

Ötən yayın sonunda Sinqapurun yollarına taksi xidməti kimi çalışan dünyada ilk sürücüsüz avtomobillər çıxarılıb. İKT.lent.az-ın “Reuters Land Transport Authority” nəşrinə istinadən məlumatına görə, “NuTonomy” şirkəti taksi xidməti üçün xüsusi təchiz olunmuş “Renault Zoe” və “Mitsubishi i-MiEV” avtomobillərini seçib. Bir neçə aydan sonra belə bir avtomobilin iştirakı ilə ilk yol-nəqliyyat hadisəsi baş verib. Dünən bu maşınlardan biri yük maşını ilə toqquşub. Hadisənin təfərrüatları açıqlanmır, ancaq bildirilir ki, toqquşma taksi maşını yol xəttini dəyişdirdiyi zaman baş verib. Bu zaman maşında iki mühəndis olub. Xoşbəxtlikdən heç kəs xəsarət almayıb, çünki hərəkət sürəti olduqca aşağı olub. Beləliklə, yol-nəqliyyat hadisəsinin kimin günahı səbəbindən baş verdiyi aydın deyil. Ancaq polis hadisənin araşdırmasına başlayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh