Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO

Qaydalar 19 Oktyabr 2016 22:58 Oxunub 1729
Avtovağzaldan bölgələrə gedən sərnişinlər niyə biletsiz yola salınır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzaldan rayonlara gedən avtobusların çoxunda belə hala rast gəlmək mümkündür

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bölgələrə üz tutan sərnişinlərin çoxu bilet almadan səfərə çıxırlar. Avtovağzaldan rayonlara gedən avtobusların çoxunda belə hala rast gəlmək mümkündür. Biletsiz gedən sərnişinlərdən niyə bilet almadıqlarını soruşduqda isə əksəriyyətinin cavabı eyni oldu. Bəzi sərnişinlər isə ümumiyyətlə biletin kassada satılmasından belə xəbərsizdirlər. Bəziləri isə kassada biletlərin gec satıldığına görə məhz bu addımı atdıqlarını deyirlər.

Sürücülər isə məsələyə aydınlıq gətirmək əvəzinə qaçmağa üstünlük verdilər.

Məsələyə münasibət bildirən avtovağzal rəhbərliyi bu tip problemlərin yaşanmasının səbəbini daha çox onlayn satışın həyata keçirilməməsi ilə əlaqələndirir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev belə sürücülərin cəzalandırıldığını və hətta bəzilərinin xətdən uzaqlaşdırıldığını iddia edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh