Balakən sakini su ilə işləyən ekskavator düzəldib - VİDEO

Maraqlı 19 Oktyabr 2016 23:15 Oxunub 5139
Balakən sakini su ilə işləyən ekskavator düzəldib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elxan Məhərrəmov qeyri-adi bacarığı ilə tanınır

Kadrlar yaxından görünəndə az qala əslindən fərqlənmir. Ekskavator necədirsə maketidə texnika kimi hərəkətlərə malikdir. Bu ekskavator maketini Balakən rayon İtitala kənd sakini  Elxan Məhərrəmov düzəldib.21 yaşlı gənc  kənddə  qeyri -adi bacarığı ilə tanınır. O, indiyə qədər Oyuncaq maşınlar, katerlər və s. maketlər düzəldərək dostlarına verib. Ekskavator maketini isə işləyən ekskavatoru gördükdən sonra düzəltmək qərara gəlib. Onun maketi su ilə işləyir. İşləmə sistemini isə tibbdə iyinə vurmaq üçün istifadə olunan vasitələrdən qurub. Bir həftə ərzində ərsəyə gələn maket kənddə marağa səbəb olub. Sadəcə orta təhsilli olan gənc gələcəkdə bu ekskavatoru daha da təkmilləşdirmək istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh