Maşında anasına mesaj yazan qız dəhşətli qəzaya səbəb oldu - VİDEO

Qaydalar 12 Noyabr 2016 23:20 Oxunub 4688
Maşında anasına mesaj yazan qız dəhşətli qəzaya səbəb oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmi 2-3 saniyə telefona diqqət yetirmək görün nələrə səbəb olur

Sükan arxasında mobil telefondan istifadə etmək sürücünün diqqətini yayındırır və qəzaya səbəb olur. Avtosfer.az-ın təqdim etdiyi video bunu bir daha təsdiq edir. Alimlər də sübut edir ki, sükan arxasında telefonla danışmaq və ya onu əldə saxlamaqla istifadə etmək sürücünün diqqətini xeyli yayındırır və bu, hətta, sərxoş sürücünün davranışlarına bərabər vəziyyət yarada bilər.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, sükan arxasında olan xanım sürücülərin kişilərə nisbətən hadisələrə reaksiyası bir qədər gec baş verdiyi üçün xanımların avtomobil idarə edərkən mobil telefondan istifadə etməsi daha ağır fəsadlar törədə bilər.

Videodan da göründüyü kimi, qadın sürücünün anasınn yazdığı mesaja cavab vermək üçün cəmi 2-3 saniyə telefona diqqət yetirməsi avtomobilin qarşı hərəkət zolağına çıxmasına və dəhşətli qəzaya səbəb olur.

Azərbaycanda sükan arxasında mobil telefondan istifadə qanunla qadağandır və sürücünü 50 manat cərimə gözləyir. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, mobil telefonu əldə saxlamaqla ondan istifadə etmək qayda pozuntusu sayılır. Yəni, bəzən sürücülər telefonu əlində tutub selektor vasitəsilə danışırlar ki, bunun özü də qayda pozuntusu sayılır. Ən yaxşı variant «blutuz»la danışmaq və ya telefonu avtomobilin monitoruna qoşmaqdır. 

Təqdim olunan video əlbəttə ki, sosial çarxdır. Lakin rejissor yanaşması sübut edir ki, mobil telefondan istifadə edərkən baş verən qəzaların əsas ssenarisi bu cür olur. Odur ki, videonu diqqətlə izləyib nəticə çıxarmağa dəyər. Unutmayın ki, siz sükan arxasında tək ola bilərsiniz. Amma qarşıdakı avtomobildə olanları da düşünmək lazımdır. Bu, hər bir sürücünün borcudur. «Yol hərəkəti haqqında» qanunda deyilir ki, sürücü öz hərəkəti və hərəkətsizliyi ilə başqalarına təhlükə yaratmamalıdır…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh