Azərbaycan yollarında sürəti ölçən sayğaclarda nöqsanlar aşkar edildi

Gündəm 22 Aprel 2014 00:00 Oxunub 2093
Azərbaycan yollarında sürəti ölçən sayğaclarda nöqsanlar aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Yol İdarəsinin rəisini cəzalandırdı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən rayonu ərazisində avtomobil yollarının cari təmiri üzrə fəaliyyət göstərən “51 saylı Balakən Yol İstismarı” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə Komitədən məlumat verilib. Araşdırmalar zamanı müəssisənin 3 ədəd sürət sayğacı və 2 ədəd motosaat olmaqla ümumilikdə 5 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədən istifadə olunduğu aşkar edilib ki, bu da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 12.1 maddəsinə ziddir. Bundan başqa, müəssisədə 2014-cü il üçün ölçmə vasitələrinin yoxlanış müqavilə cədvəlinin tərtib olunmadığı da aşkar edilib. Qeyd olunan nöqsanlarla bağlı müəssisə rəhbərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barəsində qərar qəbul edilib. Yoxlamalar davam etdirilir.

 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh