Avtomobil daşımaları ilə bağlı yeni rüsumlar tələb olunacaq - Azərbaycanda

Yeniliklər 20 Oktyabr 2016 12:19 Oxunub 1082
Avtomobil daşımaları ilə bağlı yeni rüsumlar tələb olunacaq - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq 

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən apa-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:

- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;

- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5" və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;

- Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

"Avropa Nəqliyyat Nazirlər Konfransının" jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh