Avtobus qadın piyadanı belə vurdu – QƏZA VİDEOsu

Avtoxəbər 8 Sentyabr 2014 01:22 Oxunub 2354
Avtobus qadın piyadanı belə vurdu – QƏZA VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun qaranlıq olması və sürücünün sürət həddini aşması ağır qəzaya səbəb oldu

Paytaxt Bakıda avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması, avtomobili necə gəldi idarə etməsini əks etdirən daha bir videonu təqdim edirik. Avtosfer.az-ın məlumatına görə, kadrlarda yüksək sürətlə hərəkət edən sərnişin avtobusunun yolu keçən qadın piyadanı vurması əks olunub. Həm də, avtobusun yüksək sürətlə hərəkət etdiyi də görünür. Görəsən, bu sürücü hara baxır? Yolun əks tərəfində dayanan maşınların işığında yolda piyadanın olduğu tam aydın görünür. Avtobus sürücüsü isə bunu görmür. Amma necə olursa piyadanı vuran kimi maşını saxlaya bilir.

Obyektivlik naminə onu da deyək ki, bu küçədə işıqlandırma zəifdər və yox dərəcəsindədir. Qəzanın bir səbəbi də budur. Lakin avtobus sürücüsü kobud qayda pozuntusu törətməsəydi və sürət həddini aşmasaydı, belə bir olay da baş verməzdi və ya daha yüngül ötüşmək olardı.

Qeyd edək ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və qəza törədən sürücü barəsində müvafiq tədbir görülüb.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh