DYP rəisi işdən çıxarıldı, müavini isə qovuldu - VİDEO

Yol polisi 20 Oktyabr 2016 13:55 Oxunub 10723
DYP rəisi işdən çıxarıldı, müavini isə qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb. Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı. Bundan əvvəl isə xanım sürücü ilə məşhur videosu yayılmışdı. Həmin videonu təqdim edirik:

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh