DYP reydində qəribə söhbət: "Heç kim taxmayıb, mən də taxmamışam" - VİDEO 

Yol polisi 20 Oktyabr 2016 19:13 Oxunub 6991
DYP reydində qəribə söhbət: "Heç kim taxmayıb, mən də taxmamışam" - VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydanı pozan sürücülər 40 manat, sərnişinlər isə 30 manat məbləğində cərimə olunurlar

Təhlükəsizlik kəmərlərinin dəfələrlə insan həyatını xilas etdiyini görmüşük. Bir çox qəzalarda sırf kəmər taxılı olduğu üçün daha böyük faciənin qarşısı alınıb. Avtofer.az arbtv-yə istinadən xəbər verir ki, elə qəzaya düşən sürücülər də bunu etiraf edirlər. Şəhərdaxili və magistral yollarda nəqliyyat vasitələrini idarə edən bir çox sürücülər yenə də kəmərdən istifadə etmirlər. Bunu da müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Sürücü: "Heç kim taxmayıb, mən də taxmamışam".

Məsələ ilə bağlı Baş DYPB-nin əməkdaşları vaxtaşırı reydlər keçirirlər. Qaydanı pozan sürücülər 40 manat, sərnişinlər isə 30 manat məbləğində cərimə olunurlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh