Avtobuslarda təhlükəsizlik qaydalarına niyə diqqət yetirilmir? - VİDEOFAKT

Yazarlar 20 Oktyabr 2016 23:07 Oxunub 1559
Avtobuslarda təhlükəsizlik qaydalarına niyə diqqət yetirilmir? - VİDEOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanan avtobusu söndürmək üçün yanğın balonu yox, vedrələrdən istifadə olunur

Marşurut avtobusu tüstülədiyindən sərnişinlər avtobusdan düşürülüb. Yanğının qarşısını almaq üçün isə sürücü vedrələrlə avtobusun təkərinə su tokub. Görüntülər ötən gün Yasamal rayonu ərazisində qeydə alınıb. 77 saylı maşurut avtobusunun arxa təkəri anidən tüstüləməyə başlayıb. Kadrlarda diqqət çəkən başqa bir məqam isə müdaxilə zamanı yanğın balonu yox, vedrələrdən istifadə olunmasıdır. Elə sərnişinlər tərəfindən çəkilən bu görüntülər avtobusların təhlukəsizlik məsələsini gündəmə gətirir.

77 saylı maşurut avtobusuyla yanaşı sorğu apardıqımız digər avtobuslarda da yanğın sönüdrən balonu görə bilmədik.

Bakı Nəqliyyat Agentlyindən isə bildirilir ki, marşurut xətti sahibkara verilərkən onun avtobuslara xidmət göstərməsi üçün qarajının olmasına diqqət yetirilir və hazırda bir neçə xətdən başqa bütün sahibkarların qarajı var. Avtobuslara texniki baxış isə hər gün səhər reysdən qabaq həytata keçirilməlidir . “Yol hərəkəti haqqında”  qanuna görə isə  sərnişin daşıma ilə məşqul olan bütün nəqliyyat vasitələrində yanğın söndürmə balonu olmalıdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh