Avtobus və taksi sürücüləri yol polisi ilə gizlən-qaç oynayır - VİDEO

Avtoreyd 20 Oktyabr 2016 23:14 Oxunub 1680
Avtobus və taksi sürücüləri yol polisi ilə gizlən-qaç oynayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar dairədə hərəkətə meneə yaratdığı üçün yolda uzun tıxac əmələ gəlir

Bəziləri avtomobillərini yol kənarında ikinci sırada, bəziləri isə yolun ortasında saxlayır.  Elə bu səbəbdən də yolda uzun tıxac əmələ gəlir. Belə vəziyyət  ''20 Yanvar'' dairəsində yaşanır. Aidiyyatı qurumlar tərəfindən taksi sürücülərinə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə vəziyyət dəyişməyib. Hələ də dairə ətrafında dayanaraq müştəri gözləyən yüzlərlə taksi var. Taksi sürücüləri deyirlər ki, onlar məcburiyyətdən burada dayanırlar. Dairənin yaxınlığında dayanan və Sumqayıta sərnişin daşıyan onlarla mikroavtobus isə vəziyyəti daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova "Xəzər Xəbər"ə bildirdi ki, hazırda təmsil etdiyi qurum tərəfindən paytaxtda taksi dayanacaqlarının yerinin təyin edilməsi istiqamətində iş aparılır və bu çərçivədə "20 Yanvar" dairəsi də nəzərə alınacaq.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə həmin ərazinin 24 saat ərzində nəzarətdə olduğunu, gün ərzində dayanma-durma qaydalarını pozan 100-dən çox sürücünün ya birbaşa yol polisi əməkdaşları tərəfindən, ya da müşahidə kameraları vasitəsilə aşkarlanaraq cərimələndiyini dedi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh