Avtomobil şüşəsinin tərləməsinə qarşı vasitə - FOTOLAR

Qaydalar 20 Oktyabr 2016 23:58 Oxunub 3613
Avtomobil şüşəsinin tərləməsinə qarşı vasitə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər qabaq şüşənin tərləməsinə görə xeyli vaxt itirir

Soyuq havaların gəlməsi ilə hər səhər sürücülərin əsəbini pozan şeylərdən biri də şüşələrin tərləməsidir. Böyük ehtimal hər qış eyni problemi dəfələrlə yaşayırsınız. Səhər işə tələsəndə avtomobilinizin qabaq şüşəsinin tərləməsi ilə dəqiqələrcə vaxt itirmək məcburiyyətində qalırsınız. Ancaq bunun çox sadə həll yolu var.

Avtosfer.az pahoo.az-a istinadən aşağıda yazdıqlarımızı etməklə problemi həll edə bilərsiniz.

1. Corabın başını aşağıya doğru çəkərək arasına dairəvi qaytan keçirin.

2. Ardından corabın içini kristal pişik qumu ilə doldurun.

3. Ardından corabın başına keçirdiyinizdairəvi qaytanı çıxararaq ağzını bağlayın.

4. Sonra isə ağzını bağladığınız coraba birini də keçirin.

5. Hazır olan paketi avtomobilə yerləşdirin. Oturacağın altı ya pəncərənin dibi ən yaxşı variantlardır.

6. Kristal pişik qumu nəmi özünə çəkə bilir. Ona görə soyuq havalarda avtomobilin şüşələrini tərdən qoruya bilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh