Əməkdar artist qaydaları pozub uşağın həyatını təhlükəyə atdı - VİDEO

Yazarlar 21 Oktyabr 2016 12:43 Oxunub 2748
Əməkdar artist qaydaları pozub uşağın həyatını təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səlim Abbasov özünün çəkdiyi videoda 5 qayda pozuntusuna yol verib

Skripkaçı Səlim Abbasov yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, bir video ilə 5 qayda pozuntusuna yol verdiyini nümayiş etdirib.  Avtosfer.az-ın məlumatına görə, əməkdar artist bunu təsdiq edən videonu özü sosial şəbəkələrdə yayıb. Kadrlardan da göründüyü kimi, Səlim sükan arxasında yol hərəkəti qaydalarını heçə sayır. O, özünün də dediyi kimi, bacısı oğlu olan 2 yaşlı uşağı avtomobilin ön oturacağında oturdub. Hansı ki, bu hərəkət qanunla qadağandır. Bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim özü təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Maraqlıdır ki, bəs görəsən, sükanı necə tutub? Olmaya, Səlimin üç əli var?

Bir videoda 5 qayda pozuntusuna yol verən əməkdar artistin bunu çəkib sosial şəbəkələrdə yaymaqla başqalarına pis nümunə olması heç də yaxşı hal deyil.

Qeyd edək ki, bu videoda Səlim Abbasovun pozduğu qaydalar bunlardır:

1 - Sərnişindaşıma qaydalarının pozulması – 60 manat-3 bal.

2 – Təhlükəsizlik kəmərindən istifadə etməmək – 40 manat.

3 - Mobil telefonu əldə tutmaqla ondan istifadə etmək – 50 manat.

4 – Hərəkət zamanı əlini sükandan çəkmək (Sənətçi bir əlində telefon tutub, digər əlində isə banan var. Onun 3 əli olmadığını nəzərə alsaq, bu o deməkdir ki, hərdən əlini sükandan çəkir-red.) - 40 manat

5 - Sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaq.

Səlim Abbasov yaxşı sənətçidir. Sənətinə böyü hörmətimiz var. Özünün dediyinə görə, bacısı oğlunun doğum günüdür və biz də balacanı təbrik edirik. Lakin yol hərəkəti qaydalarına əməl etmək lazımdır. Xüsusən də, uşaqları yol qəzalarından qorumalı və onlara bu sahədə yaxşı nümunələr göstərməliyik. Xüsusən, tanınmış insanların bu cür qayda pozuntularına yol verməsi cəmiyyətə pis nümunədir. Ümid edirik ki, Səlim bir daha belə hərəkətlərə yol verməyəcək…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh