Taksi sürücülərinin nəzərinə - Fərqlənmə nişanı almağa tələsin

Yeniliklər 21 Oktyabr 2016 11:13 Oxunub 1389
Taksi sürücülərinin nəzərinə - Fərqlənmə nişanı almağa tələsin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar fərqlənmə nişanının alınması üçün böyük maraq göstərirlər

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirmək üçün fərqlənmə nişanının alınması məqsədilə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparır. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. M.Ağayev bildirib ki, hazırda bu tədbirlər əsasən metro çıxışlarında, həmçinin taksilərin kompakt dayandıqları digər ərazilərdə aparılır. O qeyd edib ki, mətbuat vasitəsilə də taksi sürücülərinə müraciət olunur. M.Ağayev vurğulayıb ki, aparılan tədbirlər artıq öz nəticəsini verir, taksi sürücüləri bu məsələni müsbət qarşılayır və fərqlənmə nişanının alınması üçün böyük maraq göstərirlər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh