Aramızda yadplanetlilər var... - Diqqətli olun!

Maraqlı 21 Oktyabr 2016 11:26 Oxunub 9486
Aramızda yadplanetlilər var... - Diqqətli olun!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saçları kürəndir, bədənlərinin temperaturu standart  36,6 dərəcədən aşağıdır. Gözləri göy, yaxud yaşıl olur

Ehtiyyatlı olun, ətrafınıza yaxşıca nəzər salan. Aranızda yadplanetli ola bilər. Avtosfer.az xəbər verir ki, yadplanetliləri araşdıran beynəlxalq araşdırma qrupunun alimləri gözlənilməz bir nəticəyə gəliblər. Onlar hesab edir ki, aramızda yaşayan 1 milyarda yaxın insan yadplanetlilərin nəslindəndir. Alimlərin fikrincə, yadplanetli nəsildən olanların əsas fərqləndirici göstəricisi qan qrupudur. Planetimizdə mənfi rezus-faktorlu qana malik olan insanlar cəmi 1 milyarddır.  

Ekspertlər müəyyən edib ki, mənfi rezuslu qana malik insanların bir çox oxşar xüsusiyyətləri var. Onların intellekt əmsalı yüksəkdir. Saçları kürəndir, bədənlərinin temperaturu standart  36,6 dərəcədən aşağıdır. Gözləri göy, yaxud yaşıl olur. 

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, mənfi rezus–faktorlu qan qədimdə yadplanetlilərin kütləvi şəkildə yerdə olduğunu, ya da insanları özləri ilə aparıb, daha sonra qaytardıqlarını bir daha sübut edir.(atv.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh