Bu günə olan hava proqnozu açıqlanıb

Gündəm 22 Oktyabr 2016 00:53 Oxunub 866
Bu günə olan hava proqnozu açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında bu gun bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-15° isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, ktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh