Qəza törədən sürücü yaralı halda qaçdı - Bakıda - FOTO

Avtoxəbər 21 Oktyabr 2016 17:58 Oxunub 4266
Qəza törədən sürücü yaralı halda qaçdı - Bakıda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis sürücünün axtarışına başlayıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Ramana qəsəbəsi ərazisində qeydə alınan hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb və ərazidən qaçıb. Belə ki, yüksək sürətlə hərəkət edən Həsənov Fariz Qabil oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq Fuad Qasımovun idarə etdiyi "Lexus" markalı maşının arxa hissəsinə çırpılıb. Nəticədə F.Qasımov xəsarət alıb. Məlumata görə, F.Həsənov yüngül bədən xəsarəti alaraq qəzanın baş verdiyi ərazidən qaçıb. Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Qəzanın F.Həsənovun səhvi ucbatından baş verdiyi ehtimal olunur.

F.Həsənovun axtarışına başlanılıb.

 

"Report"

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh