Bu marşutlar "Memar Əcəmi"dən keçməyəcək - Dəyişiklik

Yeniliklər 21 Oktyabr 2016 18:14 Oxunub 4271
Bu marşutlar "Memar Əcəmi"dən keçməyəcək - Dəyişiklik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademisyası"nadək hərəkət edəcək

Bakı Nəqliyyat Agentliyinin strateji fəaliyyət planına əsasən marşrut xətlərinin optimallaşdırılması işi davam etdirilir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın Avtosfer.az-a verdiyi məlumata görə, optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır ki, bu da həm paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir. Təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara uyğun gələn, texniki baxımdan  vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir. Məhz bu əsas götürülərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53  nömrəli  müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.  

Dəyişikliyə əsasən bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar mertonun "Memar Əcəmi" stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək. 53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademisyası" stansiyasınadək hərəkət edəcəklər. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi, Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyinin tərəfindən qadağan edilib: "Bir daha qeyd edək edək ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran,  nağdsız ödəniş   sisteminə   qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh