Yağışdan 3 gün keçib, amma... - FOTOLAR

Gündəm 21 Oktyabr 2016 22:21 Oxunub 3285
Yağışdan 3 gün keçib, amma... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələ də FHN-in qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün hələ də nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Hazırda Binəqədi rayonunun Binəqədi şosesində və Sabunçu rayonunun Zabrat qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

 

Fidan 

Yağışdan 3 gün keçib, amma... -  Fotolar
Yağışdan 3 gün keçib, amma... -  Fotolar
Yağışdan 3 gün keçib, amma... -  Fotolar
Yağışdan 3 gün keçib, amma... -  Fotolar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh