Bakıdan rayonlara qanunsuz marşrut xətləri fəaliyyət göstərir - VIDEO

Gündəm 21 Oktyabr 2016 22:37 Oxunub 3930
Bakıdan rayonlara qanunsuz marşrut xətləri fəaliyyət göstərir - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksəriyyətinin də sənədləri qaydasında deyil

Paytaxtadan Şirvan, Neftçala və Salyan istiqamətində gedən marşrut avtobuslarının heç biri Bakı Beynəlxalq Avtovağzalından hərəkət etmir. Əksəriyyətinin də sənədləri qaydasında deyil. Aidiyyəti qurumlardan isə bildirildi ki, bu marşrut xətləri qanunsuz olaraq fəaliyyət göstərirlər. Şirvana gedən avtobuslar Binə ticarət mərkəzindən, Neftçala və Salyana gedən avtobuslar isə Sədərək ticarət mərkəzindən çıxır. Bu da sərnişinlər üçün xeyli çətinliklər yaradır.

Beynəlxalq avtovağzalda bu marşrutlar üçün yer ayrılıb və rayonların adı olan lövhələr də vurulub. Sürücülər deyir ki, burada daha çox sərnişin yığa bildiklərindən avtovağzala getmək sərf etmir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilir ki, həmin marşrutlar qeyri-qanuni fəlaiyyət göstərir. Fərqlənmə nişanı almamaq və vergidən yayınmaq üçün də avtovağzala daxil olmurlar. Marşrut xətləri sahibkarlara məxsus olduğundan dövlət tərəfindən məcburi şəkildə avtovağzala gətirilməsi mümkün deyil. Bu cür sürücülərə qarşı reydlər keçirilir və sənədləri qaydasında olmadığı üçün inzibati məsuliyyətə cəlb edilirlər.

Bəzi sürücülərin sənədləri həqiqətən də qaydasında deyildi. Lakin fərqlənmə nişanı və digər sənədləri olanlar da var idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh