Azərbaycanda “AA” seriyalı maşın qadını vurdu

Gündəm 21 Oktyabr 2016 22:56 Oxunub 2059
Azərbaycanda “AA” seriyalı maşın qadını vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın piyada "KİA" markalı avtomobillə vurulub

Siyəzən rayonunda piyadanı maşın vurub. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib. Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur. Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh