Londonda aeroportdan 500 nəfər təxliyə olundu

Gündəm 22 Oktyabr 2016 00:17 Oxunub 942
Londonda aeroportdan 500 nəfər təxliyə olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsident böyük ehtimalla kimyəvi maddənin sızması nəticəsində baş verib

İngiltərənin paytaxtından şərqdə yerləşən “London-Siti” hava limanında sərnişinlər və işçi heyəti daxil olmaqla təxminən 500 nəfər təxliyə olunub. “Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə yerinə həkimlər briqadası və polislər cəlb olunub. Hadisənin rəsmi səbəbi hələ ki, açıqlanmır. Lakin o məlumdur ki, təyyarədə olan sərnişinlərdən bir neçəsi özünü pis hiss edib. Hadisə şahidlərindən biri iddia edir ki, eskalatora insanların nəfəs almaması və öskürməsinə səbəb maddə töküblər.

“Sky News”un məlumatına görə, insident böyük ehtimalla kimyəvi maddənin sızması nəticəsində baş verib. Həkimlər özünü pis hiss edən 26 nəfərə kömək göstərib, iki nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “London-Siti” Londonun ən kiçik beynəlxlaq hava limanlarından biridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh