Dağıstanın daxili işlər naziri Qubaya gəlib

Gündəm 22 Oktyabr 2016 00:27 Oxunub 1026
Dağıstanın daxili işlər naziri Qubaya  gəlib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağıstan və Azərbaycan Daxili İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçiriləcək

Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Quba rayonunun istirahət mərkəzlərindən birində Dağıstan və Azərbaycan Daxili İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlıq, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizə, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunacaq.  Görüşdə Azərbaycanın şimal rayonlarının polis şöbələrinin rəisləri də iştirak edəcəklər.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh