Avtoşluq edən 3 qardaşı bıçaqdan keçirdilər

Xəbərlər 5 Sentyabr 2014 12:17 Oxunub 2374
Avtoşluq edən 3 qardaşı bıçaqdan keçirdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buzovna qəsəbəsində qardaşlardan ikisi bıçaqlanıb, biri döyülüb

Bakının Xəzər rayonunda gecə avtoşluq üstündə yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Xəzər rayon Polis İdarəsi İstintaq şöbəsinin baş müstəntiqi İsmayıl Babayevin anspress-ə verdiyi məlumata görə, saat 20:30 radələrində Buzovna qəsəbəsində 3 qardaş qanına qəltan edilib. Belə ki, 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revixanov, onun qardaşı, 1984-cü il təvəllüdlü Zeynal və 1986-cı il təvəllüdlü Zaur döyülüb. Qardaşlardan Cəlal və Zeynal döyüldükdən sonra bıçaqlanıb. Onları bıçaqlayan 1993-cü il təvəllüdlü Ehtiram Əliyaqub oğlu Haşımov saxlanılıb.

Davanın səbəblərinə gəlincə, hadisə qəsəbədə qardaşların avtomobili yüksək sürətlə sürmələrindən başlayıb. Belə ki, Zaur maşını yüksək sürətlə idarə edirmiş. Ehtiram da ona iradını bildirib. Nəticədə dava düşüb. Davada Ehtiramın dayısı Bəxtiyar adlı şəxs də iştirak edib. Daha sonra davaya Zaurun qardaşları müdaxilə ediblər. Nəticədə qanlı hadisə baş verib.

Xəstəxanaya yerləşdirilən qardaşlardan Zeynalın vəziyyəti daha ağırdır. Onun dalağı və ağ ciayərləri zərər görüb.

Qeyd edək ki, davada iştirak edən Ehtiramın dayısı Bəxtiyar Buzovnada tanınmış şəxslərdən biridir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh