Hərbi avtomobil aşdı – 1 ölü, 5 yaralı

Qəzalar 22 Oktyabr 2016 10:10 Oxunub 905
Hərbi avtomobil aşdı – 1 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma başlanılıb

Bu gün Gürcüstanın Kaxeti bölgəsində Dedopliskaro-Siqnaxi-Tiflis avtomobil magistral yolunda qəza baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki,  yol-nəqliyyat hadisəsi zamanı “KAMAZ” markalı hərbi avtomobil aşıb. Məlumata görə, avtomobildə 37 hərbçi olub, onlardan biri ölüb. Hadisə zamanı xəsarət alan hərbçilər Dedopliskaro və Tsnori xəstəxanalarına yerləşdirilib. Xəsarət alan 5 əsgər isə Tiflisdə müalicə olunacaq. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisədən xəbər tutan Gürcüstan Müdafiə naziri Levan İzoria dərhal Dedopliskaroya yola düşüb. Nazir hərbçilərə baş çəkib və onların vəziyyəti ilə maraqlanıb. Müdafiə naziri hadisə nəticəsində ölən hərbçinin ailəsinə başsağlığı verib.

Hadisə ilə bağlı Gürcüstan CM-nin 276-cı maddəsi ilə araşdırma başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh