Məktəbli avtobusu minik avtomobili ilə toqquşdu: 17 yaralı

Qəzalar 22 Oktyabr 2016 10:40 Oxunub 949
Məktəbli avtobusu minik avtomobili ilə toqquşdu: 17 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentin səbəbləri müəyyənləşdirilir

ABŞ-ın Texas ştatında məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 17 nəfər xəsarət alıb. Avtosfer.az “AP” agentliyinə istinadən xəbər verir ki, avtobusda 19 nəfər olub, yaralılardan 15-i məktəblilərdir. Qəza Hyustondan 150 km şimalda yerləşən Medisonvil şəhərində qeydə alınıb.

Məlumata görə, minik avtomobili qəflətən avtobusun yoluna çıxıb. Toqquşma nəticəsində avtobus aşıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh