Metroda 50-55 yaşlı kişi hər kəsi qorxutdu - Bakıda

Gündəm 22 Oktyabr 2016 10:55 Oxunub 1023
Metroda 50-55 yaşlı kişi hər kəsi qorxutdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı dərhal səhhəti pisləşən şəxsə yardım göstərməyə çalışıblar

Səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Avtosfer.az milli.az-a istinadən  xəbər verir ki, saat 08.50-də "Həzi Aslanov"dan "Dərnəgül"ə doğru hərəkət edən qatarın "Gənclik" stansiyasında qatardan təxminən 50-55 yaşlı kişi sərnişinlərin köməkliyi ilə huşsuz vəziyyətdə düşürülüb. Şahidlərin dediklərinə görə, həmin qatarda yaranan sıxlıq sonrası həmin şəxsin halı qəfil pisləşib. Hadisədən xəbər tutan metro işçisi və polis əməkdaşı dərhal səhhəti pisləşən şəxsə yardım göstərməyə çalışıblar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh