Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB

Yarışma 24 Oktyabr 2016 15:03 Oxunub 4513
Sürücü hərəkəti hansı istiqamətdə davam edə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlayıcının siqnalları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Nizamlayıcının “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı verdiyi bu yolayrıcında sürücü hərəkətini hansı istiqamətdə davam edə bilər?

a) Yalnız sağa;

b) İstənilən istiqamətdə (sola, geriyə, düzünə və ya sağa);

c) Düzünə və sağa.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 58-cı maddəsinin II hissəsinin “b” bəndinə müvafiq olaraq nizamlayıcının “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı nizamlayıcının sol və sağ tərəfindən gələn relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə icazə verir.  Lakin yola çəkilmiş 1.18 nişanlanması ən sağdakı hərəkət zolağından yalnız sağa hərəkətə icazə verir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Nizamlayıcının “Müəyyən istiqamət üzrə hərəkət” siqnalı verdiyi bu yolayrıcında sürücü hərəkətini yalnız sağa davam edə bilər. Suala ilk doğru cavabı Nihad adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh