Girovluqda olmuş dənizçilər "siçan yeyib" – FOTO

Maraqlı 24 Oktyabr 2016 19:50 Oxunub 1448
Girovluqda olmuş dənizçilər "siçan yeyib" – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar pul qarşılığında şənbə günü azadlığa buraxılıblar

Təxminən beş il Somali piratlarının girovluğunda qaldıqdan sonra azad edilmiş bir qrup dənizçi sağ qalmaq üçün siçan əti yeyib, xilas olanlardan biri bbc-yə bildirib. Filippinli dənizçi Arnel Balberi deyib ki, onlara az miqdar su verilib və özlərini "gəzən ölülər" kimi hiss edirlər. 26 dənizçi 2012-ci ildə gəmilərilə birgə ələ keçirildikdən sonra tədricən Somaliyə aparılıblar. Onlar pul qarşılığında şənbə günü azadlığa buraxılıblar.

http://i.virtualaz.org/165481_src.jpg

Dənizçilər Çin, Filippin, Kamboca, İndoneziya, Vyetnam və Tayvandandırlar. Piratsız Okean (OBP) qeyri hökumət təşkilatının bildirdiyinə görə, 2012-ci ildə gəmi ələ keçirilərkən dənizçilərdən biri qətlə yetirilib.

Bir il sonra gəmi batıb və heyət Somaliyə gətirilib. Daha sonra iki dənizçi xəstəlikdən həlak olub. Avtosfer.az xəbər verir ki, cənab Balbero bbc-yə bildirib ki, son dörd il yarımdan sonra onlar özlərini "gəzən ölülər" kimi hiss edirlər. Piratların onlarla necə rəftar etdiyi sualına o: "Onlar bizə az miqdar su verirdilər... Biz siçan yemişik. Bəli, biz onu meşədə bişirirdik".

"Biz hər şeyi yeyirdik, hər şeyi. Ac olanda yeyirsən".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh