Hamilə qadınlar, diqqət! Təhlükəsizlik kəmərini belə taxın

Avtoxəbər 5 Sentyabr 2014 19:25 Oxunub 2424
Hamilə qadınlar, diqqət! Təhlükəsizlik kəmərini belə taxın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın özünün və körpəsinin sağlamlığı üçün qoruyucu kəməri taxmağa diqqət etməlidir

Maşınlarda təhlükəsizlik baxımından taxılması vacib olan qoruycu kəmərin hamilə qadınlarda yanlış yerdən taxılması təhlükəli ola bilər. Ailem.az hamilələrdə qoruyucu kəmərin düzgün taxılması və yaşanan qəza zamanı ediləcək ilkin yardımları təqdim edir. Qoruyucu kəmər hamilələr üçün probem olur. Hamiləlik zamanı qadın özünün və körpəsinin sağlamlığı üçün qoruyucu kəməri taxmağa diqqət etməlidir. Ancaq qarnının düz üzərindən keçən qoruyucu kəmər ani maşın dayanmaları zamanı qarın bölgəsindən sıxınca bu, körpə ölümü və ciftin cırılması ilə nəticələnə bilər. Qoruyucu kəmər qarnın alt bölgəsindən çiyinə sarılacaq, sinənin tam ortasına gələcək şəkildə bağlanmalıdır. Bu cür taxılması körpəni ölməkdən xilas etməklə yanaşı, ananı da yaralamalardan yüzdə 50 nisbətində qoruyur.

Yol qəzası, yıxılma, ya harasa dəymə zamanı hamilə qadın dərhal ən yaxın xəstəxanaya çatdırılmalıdr. Qəza zamanı yaşanan baş zədələnmələrinə də adi yanaşmaq olmaz. Qəza sonrası anaya verilən oksigen körpədə yarana biləcək hər hansı bir problemin qarşısını ala bilər. Tetanus riski üçün iynə vurulmalı və mütləq uyğun qan tapılıb hazır saxlanmalıdır. Ana qarın bölgəsindən yaralanıbsa, körpənin yaralanma riski yüzdə 60-80 olur və həmin körpə doğulduğunda onu gözləyən ölüm riski  40-70 arasında olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh