Lüks avtomobillərin günlük icarəsi - Qiymətləri də özləri kimi göz qamaşdırır - VİDEO

Avtobazar 24 Oktyabr 2016 23:09 Oxunub 3732
Lüks avtomobillərin günlük icarəsi - Qiymətləri də özləri kimi göz qamaşdırır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Rolls-Royce" - 2 min, "Ferrari" 1500, “Galenvagen” 1000 manat

"Rolls-Royce" - 2 min manat, "Ferrari" 1500 manat, “Galenvagen” 1000 manat və sair. Rəqəmləri düz eşitdiniz. Amma bu, onların sadəcə bir günlük icarə haqqıdır. Bü cür lüks avtomobillərin özü kimi elə bir günlük icarə qiymətləri də göz qamaşdırır. “Rentacar” sahəsində çalışan Kamran Rzazadə deyir ki, avtomobilin dəyərindən istehsal ilindən asılı olaraq bu qiymətlər hətta daha yüksək ola bilər. Qiymətləri isə şirkətlər özləri müəyyənləşdirir. Doğrudur ümumi bir düstur var. Avtomobilin mövcud dəyərinin 3 ilin aylarının sayına bölünür və günlük kirayə haqqı çıxarılır. məsələn əgər avtomobilin dəyəri 150 min manatdırsa onun bölürük 36-ya. Bir günü təxminən 4 min manata düşür. Avtomobilin dəyəri isə modelinə və istehsal müddətinə görə dəyişir. Amma bu da şablon qiymət deyil qiyməti artmasına yaxud azalmasına təsir edən məqamlar var. Bu faktorlar avtomobilin icarə qiymətinə adətən 400-500 manat təsir edir. Əgər sürücü avtomobili bir gün yox bir neçə günlük istəyirsə və şəhər daxilində sürəcəksə ona müəyyən güzəştlər ola bilər. Lüks avtomobillərin icarəyə verilməsinin şərtləri nisbətən ucuz avtomobillər müqayisədə ağırdır. Belə ki şirkətlər onu sürücünün özünün idarə etməsinə elə də müsbət yanaşmır. Çünki bu avtomobillərin detalları da çox bahadır.

Bu sahədə çalışanların sözlərinə görə lüks avtomobil müştərilərinin çoxu məhz qısa müddətə və özləri idarə etmək üçün onlara müraciət edir. Bu zaman isə onların sürücülük keyfiyyətləri və təcrübəsi hökmən nəzərə alınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh